Modern.az

Mənzil İnşaatı Dövlət Agentliyinə sədr təyin edildi

Mənzil İnşaatı Dövlət Agentliyinə sədr təyin edildi

19 Sentyabr 2018, 18:08

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədri təyin edib.

Modern.az xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. 

Sərəncamda qeyd olunur ki, Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.

Mənzil İnşaatı Dövlət Agentliyinin əvvəlki rəhbəri Samir Nuriyev bir müddət öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib.

Sadiq Sadıqov bu təyinatadək Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsini tuturdu. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir