Modern.az

Göyçayda sahibkarlara treninq keçirildi

Göyçayda sahibkarlara treninq keçirildi

19 Sentyabr 2018, 20:02

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçay rayon Kənd Təsərrüfatı İdarəsi ilə birgə Alpoud kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbir iştirakçılarına bağçılığın inkişafında aqrar elminin nailiyyətlərindən istifadə, nar və xurmanın intensiv üsullarla becərilməsi, innovativ suvarma texnologiyalarının tətbiqi, ixrac bazarları, ixracın stimullaşdırılması tədbirləri və s. barədə ətraflı məlumat verilib.

 

Treninq çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi