Arxiv
19 Sentyabr 2018, 20:16 | AKTUAL
Latviya ilə gömrük sahəsində əməkdaşlıq müzakirə edildi

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə görüşüb. Komitədən Modern.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan S.Mehdiyev Azərbaycanla Latviya arasında mövcud əməkdaşlıqdan bəhs edib. Komitə sədri tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

 

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uzunmüddətli inkişaf strategiyasına və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlara toxunan S.Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb. Bir amalımız var, tam şəffaflığın təmin olunması-deyə sözünə davam edən Komitə sədri gömrük sahəsində aparılan struktur və kadr islahatlarına da toxunub və qeyd edib ki, məqsəd peşəkar və bilikli kadrları işə cəlb edərək, çevik, dinamik gömrük xidməti formalaşdırmaqdır.

 

Azərbaycan və Latviya gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan söhbət açan DGK sədri əlaqələrin daha da intensivləşdirilməsinin, ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. S.Mehdiyev bir sıra ölkələrin gömrük qurumları ilə ilkin məlumat mübadiləsinin həyata keçirilməsinə dair sazişin imzalandığını, anoloji sənədin Latviya və Azərbaycan gömrük xidmətləri arasında imzalanmasının zəruriliyini qeyd edib.

 

Səmimi qəbula görə Komitə sədrinə təşəkkür edən Y.Maklakovs ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

 

Y.Maklakovs Riqada Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini, orada “Made in Azerbaijan” brendi altında müxtəlif malların, o cümlədən kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyini məmnunluqla dilə gətirib.

 

Ölkələrimiz arasında gömrük müstəvisində münasibətlərin inkişaf tempindən danışan latviyalı diplomat əlaqələrin daha da intensivləşdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb, iki ölkənin gömrük sisteminin qarşılıqlı təcrübə mübadiləsindən yararlanmağının uyğun qurumların birgə fəaliyyət mexanizminə müsbət təsirindən bəhs edib.

 

Latviyalı diplomat iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüşdə qarşılıqlı əlaqələrin gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33 Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi" 15 İyun 2019, 14:30 Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT 15 İyun 2019, 13:54 Zakir Həsənov generalları topladı, müharibə mesajı verdi 15 İyun 2019, 13:46 Kümçülür bugünədək 499,28 ton yaş barama təhvil veriblər 15 İyun 2019, 13:14