Arxiv
20 Sentyabr 2018, 09:35 | HADİSƏ
“Qatilin oğluma borcu var idi” - İlyas İsmayılov

Xəbər verdiyimiz kimi, dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır - Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı..

 

Modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib.

 

“Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.

 

İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib.

 

“Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.

 

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdə batan qadının meyiti tapıldı 26 İyun 2019, 00:26 101 yaşlı Azərbaycan Silahlı Qüvvələri 26 İyun 2019, 00:12 “Fəaliyyətimi yenidən davam etdirəcəyəm” – Fuad Abbasov 25 İyun 2019, 23:56 “Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12