Modern.az

Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi

Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən azad etdi

20 Sentyabr 2018, 12:18

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.

Modern.az saytı sosial şəbəkələrdə yayılan xəbəri dədiqləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyətinin Aparatı ilə əlaqə saxlayıb.

Meriyanın Aparatından xəbəri təsdiqləyiblər.

Bildirilib ki, Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib, amma Meriyada başqa işə keçirilib. Rasim Quliyevin yeni vəzifəsi barədə isə açıqlama verilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən müavin Eldar Əzizovun Meriyaya yeni Aparat rəhbəri gətirdiyi də bildirilir.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Əvvəllər “Səs” qəzetnin baş redaktor müavini, sonra Səbaildəki 30 saylı Dairə Seçki Komissiyasının sədri olub. Daha sonra Bakı Meriyasının Aparat rəhbəri təyin edilib.


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir