Modern.az

Sumqayıtda nənə və nəvəni maşın vurdu

Sumqayıtda nənə və nəvəni maşın vurdu

20 Sentyabr 2018, 12:29

Sumqayıt şəhəri 43-cü məhəllənin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Sentyabrın 19-da saat 11 radələrində Sumqayıt şəhəri 43-cü məhəllənin ərazisində şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub.

Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir