Arxiv
20 Sentyabr 2018, 12:39 | AKTUAL
“Bizi indi kimdir işə götürən...” - Milli Qəhrəman

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevin doğum günüdür.

Sağ qalan Milli Qəhramanımız Modern.az-a ad günü ilə bağlı bunları deyib:

“Çox sağ olun ki, bizi yaddan çıxartmamısınız. Sizdən qabaq da dost-tanış və bir neçə KİV nümayəndəsi məni ad günü münasibətilə təbrik edib. Hazırda heç yerdə işləmirəm, təqaüddəyəm. Əsasən ictimai işlərlə məşğulam. Ali və orta məktəblərdə şagird və tələbələrlə vətənpərvərlik mövzülarda marifləndirici görüşlərim olur. Gənclərin vətənpərvərlik ruhunda böyünməsində üzərimizə düşən vəzifəni yerinə yetiririk. Bizim kimi yaşlı adamları indi kimdir işə götürən. Bizim işləmək dövrümüz bitib. Modern.az-ın kollektivinə təşəkkürümü bildirirəm ki, bu özəl günümdə məni yaddan çıxartmayıb”.

Milli Qəhrəman Vahid Quliyev 20 sentyabır 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açıb.

O, 1972-ci ildə orta məktəbi bitirib. Bir müddət təsərrüfat işlərində çalışıb. 1974-cü ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Özbəkistanda və Rusiyanın Obninsk şəhərində keçib. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilib. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdıb və «Ozon» Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul olunub. 1992-ci ilə qədər bu zavodda çalışıb və öz işinin öhdəsindən layiqincə gəlib.


1992-ci ilin avqust ayında könüllü olaraq Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edib. Komissarlığdan onun arzusunu nəzərə alıb, zabit kimi döyüş xəttinə yola salıblar.


Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girib. O, bu döyüşdə düşmənin bir tankını vururb. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınıb. Onu oktyabrın 14-də Qubadlıya göndəriblər. Burada da rəşadətlə vuruşub. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb. 28 fevral 1994-cü ildə yenidən Ağdama döyüş bölgəsinə dönüb.


V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin 10 zirehli texnikasını sıradan çıxarıb. Bunun 8-i tank, 2-si isə PDM-dır (piyada döyüş maşını) idi.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunub. Ailəlidir. İki övladı var. Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

Mail Ağaxanov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45 Səfirlər Şəki və Zaqatalaya gedirlər 27 İyun 2019, 10:41 Magistraturaya qəbul olunanlara XƏBƏRDARLIQ 27 İyun 2019, 10:39 Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir 27 İyun 2019, 10:35 “Ağac adam” qollarının amputasiyasını istəyir - FOTOLAR 27 İyun 2019, 10:28 Azərbaycandakı diplomatlar Şəkiyə getdilər 27 İyun 2019, 10:25 Bakı Şəhər Baş Polis İdarəsi reydlər keçirdi – xeyli sürücü cərimələndi 27 İyun 2019, 10:17 Sabiq baş prokurura 10 il iş kəsildi 27 İyun 2019, 10:14 “Sosial ödənişlər üçün vahid məbləğ müəyyən edilməlidir”  27 İyun 2019, 10:03 1 milyonluq saatın azərbaycanlı məmur oğluna məxsus olması xəbərinə rəsmi REAKSİYA: "Tam qərəzlidir" 27 İyun 2019, 10:02 Qərbi Kaspi Universitetində YENİLİK 27 İyun 2019, 09:56 Cəbhədə nisbi sakitlik müşahidə olunur 27 İyun 2019, 09:53 Masallıda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb 27 İyun 2019, 09:45 General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO 27 İyun 2019, 09:34 Deputatın toxunulmazlığı ləğv edilib - Parlament onun həbsinə razılıq verib 27 İyun 2019, 09:21 Milli Məclisin daha 2 gərgin iclası - 49 məsələ müzakirəyə çıxarılır  27 İyun 2019, 09:18 Türkiyədə 8 PKK-çı zərərsizləşdirildi 27 İyun 2019, 08:55 İspaniyada azərbaycanlının 1 milyonluq saatı OĞURLANDI 27 İyun 2019, 08:51