Arxiv
20 Sentyabr 2018, 12:54 | AKTUAL
UNEC yeni tədris ilinə yüksək göstəricilərlə start verib

UNEC-də yeni tədris ilinin ilk Elmi Şurası keçirilib.

Modern.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlaması münasibətilə şura üzvlərini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.

Elmi Şurada Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini, dosent Söhrab İsayev 2017/2018-ci tədris ilinin yay imtahan sessiyasının yekunları  barədə hesabatla çıxış edib. S.İsayev imtahan nəticələri ilə bağlı apelyasiya şikayətlərinin nəzərəçarpacaq dərəcədə azaldığını, ümumilikdə isə imtahanların ötən dövrlərlə müqayisədə daha mütəşəkkil təşkil olunduğunu diqqətə çatdırıb. Şurada ilk dəfə olaraq yay semestri ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, yay semestrinin təşkilində institutlaşmaya ehtiyac var.

Tədris və təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov UNEC-də, Dərbənd və Zaqatala filiallarında, Maliyyə-İqtisad Kollecində yeni tədris ilinə hazırlıqla bağlı məruzə ilə çıxış edib. Bildirilib ki, yeni tədris ilindən UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı, orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı da həyata keçiriləcək. Beləliklə də UNEC təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fəaliyyəti göstərən ilk Azərbaycan universiteti olub.

Şurada 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının nəticələri də açıqlanıb. Yeni tədris ilində UNEC-ə bakalavriat səviyyəsi üzrə qəbul planının  92,1% yerinə yetirildiyi qeyd edilib. Ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında ciddi irəliləyişin olduğuna diqqət çəkilərək, II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63 %-nin (I ixtisas qrupu üzrə isə bir nəfər) seçiminin məhz UNEC olduğu bildirilib, bunun isə 2014-cü illə müqayisədə 3,8 dəfə artdığı xüsusi vurğulanıb. Şurada 2018/2019-cu tədris ili üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) qəbulun nəticələri də açıqlanıb. Bildirilib ki, ölkənin ali təhsil müəssisələrinə magistratura pilləsi üzrə qəbul planı 74.87 % yerinə yetirildiyi halda, UNEC-də BMDM-a qəbul planı 91,4%, Magistratura mərkəzinə 84,1 %, UNEC Biznes Mərkəzində isə 97% yerinə yetirilib.

Şura üzvləri UNEC-in Zaqatala filialına daha çox abituriyent cəlb etmək məqsədilə filialda təhsil alan tələbələrin təkrar imtahanlara görə ödənişlərinin həcminin 25%-dən 10%-ə endirilməsi barədə qərar qəbul edib. Rusiya vətəndaşlarının UNEC-in Dərbənd filialında təhsil alması üçün əlçatanlığını artırmaq məqsədilə isə təhsil haqqının 26,000 rubl məbləğində müəyyən edilməsi şurada təsdiq edilib.

Elmi Şurada qeyd olunub ki, UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirmək məqsədilə “UNEC dəyərləri” müəyyən olunub. Akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünmək kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən “UNEC dəyərləri” şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Şurada “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”a dəyişikliklər də təsdiq edilib. UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəflərinə uyğun olaraq aparılan dəyişikliklərə əsasən, sistemdə elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib. “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.

Daha bir dəyişiklik isə 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap olunan UNEC əməkdaşlarının mükafatlandırılması haqqında qaydalar”a edilib. Yeni dəyişikliklərə əsasən, çap edilən əsərlərdə müəlliflərin iş yerlərini göstərmələri ilə bağlı müəyyən edilən qaydalar dəqiqləşdirilib. “Scopus” platformasında yerləşən elmi məruzələrə görə birdəfəlik mükafat nəzərdə tutulub və jurnalların kateqoriyalaşdırılmasında “Web of Science” və “Scopus” platformalarının müəyyən etdiyi “Q1,Q2,Q3,Q4” təsnifatı tətbiq edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə naziri: “Tonoyanla Kardaşyan eyni şeydir” 18 İyun 2019, 11:25 Zakir Həsənov Gəncəyə düşən mərmidən DANIŞDI 18 İyun 2019, 11:21 Zakir Həsənovdan Ermənistana XƏBƏRDARLIQ: “Məsələni həll edin, əks tədqirdə...” 18 İyun 2019, 11:09 Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı elə qarışıb ki, məni də yaddan çıxarıb” - MÜSAHİBƏ 18 İyun 2019, 11:03 Pakistan səfiri Bakı Ali Neft Məktəbində 18 İyun 2019, 10:51 Xəzərin sahilində yeni yaşayış kompleksi tikilir – 2962 ailə SEVİNƏCƏK 18 İyun 2019, 10:51 Erməni nazir Məmmədyarovla görüş üçün ABŞ-a yola düşdü 18 İyun 2019, 10:49 Kapital Bank müştərinin kreditini tam ödədi 18 İyun 2019, 10:45 Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08