Modern.az

BDU-da “Gənc Reportyorlar klubu” yaradılıb

BDU-da “Gənc Reportyorlar klubu” yaradılıb

7 Dekabr 2009, 14:28

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində tələbələrin təşəbbüsü ilə “Gənc Reportyorlar klubu” yaradılıb. Bu barədə məlumatı Modern.az-a klubun rəhbəri, BDU-nun jurnalistika fakültəsinin tələbəsi Məmməd Ağayev verib. O, bildirib ki, klubu yaratmaqda məqsəd jurnalistika fakultəsinin tələbələri ilə peşəkar jurnalistlər arasında körpü yaratmaqdır: “Bu fakultənin tələbələrinin universitetdə öyrəndikləri jurnalistika sahəsinin-nəzəriyyəsinin bu klubda praktiki tətbiqinə şərait yaratmaqdır. Klubun üzvləri Jurnalistika, Nəşriyyat işi və redaktəetmə və Kitabxanaşünaslıq fakultəsinin tələbələridir. Gələcəkdə klubumuzun üzvlərinin sayını artırmaq və peşəkar reportyorlar yetişdirmək fikrindəyik”.

Qeyd edək ki, klubun ilk qonağı isə BDU-nun Jurnalistika fakultəsinin dosenti Cahangir Məmmədli olub. O tələbələri klubun yaradılması münasibətilə təbrik edib və dəyərli tövsiyyələrini verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir