Modern.az

Bayılda 36 yaşlı kişi itkin düşüb

Bayılda 36 yaşlı kişi itkin düşüb

20 Sentyabr 2018, 23:18

Bakıda 36 yaşlı kişi itkin düşüb. Modern.az “Trend”ə istinadən xəbər verir ki,  hadisə Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Bayıl qəsəbəsi, F.Qurbanov küçəsi ev 61-də yaşayan 1945-ci il təvəllüdlü Əsədov Valeh Hidayət oğlu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 19-da onunla yaşayan oğlu, 1982-ci il təvəllüdlü Orxan Valeh oğlu Əsədov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən araşdırmalara başlanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?