Modern.az

Polis 43 nəfəri saxladı

Polis 43 nəfəri saxladı

21 Sentyabr 2018, 09:54

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 10-u “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.  

 

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir