Arxiv
21 Sentyabr 2018, 10:05 | AKTUAL
Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa...”

“Bəzi nazirlər hesab edirlər ki, parlamentdə deputatların suallarına cavab vermək onların nüfuzunu aşağı salır”

“Uzun illər ərzində yalnız bir dəfə mərhum prezident Heydər Əliyev Qarabağ məsələsini parlamentin müzakirəsinə çıxarıb. Tək mən yox, millət vəkillərinin çoxu dəfələrlə parlamentdə məsələ qaldırıblar ki, yenidən bu məsələnin parlamentin müzakirəsinə çıxarılmasına çox böyük ehtiyac var”.

Modern.az xəbər verir ki, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib. Parlamentdə Qarabağ dinləmələrinin keçirilməsini zəruri sayan BAXCP sədri qeyd edib ki, artıq 25-ci ildir atəşkəs elan olunub və sülh danışıqlarının heç bir nəticəsi yoxdur:


“Ona görə də xarici işlər naziri parlamentə dəvət olunmalıdır və o, millət vəkilləri qarşısında hesabat verməlidir. Bilirsiniz, parlamentdə belə bir dinləmənin keçirilməsi iqtidarın nüfuzuna xələl gətirmir. Parlamentdə də iqtidar çoxluq təşkil edir. Odur ki, ali nümayəndəli orqan qarşısında hökumətin bir üzvünün hesabat verməsi iqtidara başıaşağılıq gətirmir. Bəzi nazirlər hesab edirlər ki, parlamentə gəlib hökumətin hesabatında iştirak etmək, deputatların suallarına cavab vermək onların nüfuzunu aşağı salır, yaxud aşağılayıcı addımdır. Əksinə, bu, iqtidarın həm xalq arasında nüfuzunu qaldırar, həm də dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna müsbət təsir göstərər. Ona görə də biz parlament dinləmələrini nəhayət ki, komitələrdə, plenar iclasların özündə adiləşdirməliyik”.

Q.Həsənquliyev qeyd edib ki, parlamentin səlahiyyət müddətinin bitməsinə iki il qalır: “Bu müddət ərzində Qarabağ dinləməsini keçirməliyik və parlamentin hazırkı tərkibinin səlahiyyəti başa çatana qədər ən azından Qarabağın azad olunması üçün müəyyən radikal və qəti qərarlar qəbul edib, ciddi addımlar atmalıyıq”.

Q.Həsənquliyev növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi barədə səslənən iddialara da münasibət bildirib: “Bəziləri deyir növbədənkənar parlament seçkiləri payızda ola bilər. Bu gün Azərbaycan parlamentində  6 boş yer var. Bu dəqiqə parlamentdə olması xüsusi əhəmiyyət kəsb edən insanlar varsa, konstitusiyaya uyğun olaraq həmin yerlərə seçkilər keçirib, onları boş qalan dairələr seçmək olar”.

Amma BAXCP sədri bu istiqamətdə addım atılacağı təqdirdə dəstək verəcəyini də vurğulayıb: “Hökumət növbədənkənar parlament seçkilərinə getmək istiqamətində addım atmaq istəsə, biz partiya olaraq buna dəstək verəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12 Manat və dolların 2 günlük MƏZƏNNƏSİ 25 İyun 2019, 17:07 “Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub 25 İyun 2019, 16:57 319.3 milyon manat sığorta haqqı toplanıb 25 İyun 2019, 16:56 ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib   25 İyun 2019, 16:50