Modern.az

Elmar Məmmədyarov Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək   

Elmar Məmmədyarov Nyu-Yorka getdi - BMT sessiyasında iştirak edəcək    

21 Sentyabr 2018, 10:31

Azərbaycan Respublikasının xarici işlər  naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti  BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.  

Modern.az xəbər verir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı