Modern.az

Tramp Azərbaycana rəqib layihəyə görə yeni cəbhə AÇIR

Tramp Azərbaycana rəqib layihəyə görə yeni cəbhə AÇIR

Aktual

21 Sentyabr 2018, 10:48

Polşa prezidenti Anjey Dudanın Vaşinqtona səfəri və onun ABŞ lideri Donald Trampla görüşməsi nüfuzlu beynəlxalq KİV-lərin diqqət mərkəzindədir.

 

Belə ki, Dudanın səfərinin beynəlxalq münasibətlərdə müvəfəqqiyyətli olduğu bildirilir.

 

Bununla belə, Polşa son zamanlar beynəlxalq məsələlərdə xüsusi strateji bacarıqlar nümayiş etdirə bilmir.

 

Polşa islahatlar mövzusunda Avropa Komissiyası ilə mübahisədədir. Almaniyanın nüfuzlu “Die Welt” nəşri yazıb ki, Varşava Avropa Komissiyası ilə münasibətlərdə kobud hərəkət edir.

 

Qeyd edək ki, Polşa hökuməti bundan öncə ölkədə məhkəmə islahatlarına başlayıb. Bu islahatlara əsasən, Konstitusiya Məhkəməsinin səlahiyyətləri demək olar ki, hakim partiyanın əlinə keçib. Əvvəllər Polşa Konstitusiya Məhkəməsi adi səs çoxluğu ilə qərar qəbul edə bilirdisə, indiki reformlara əsasən, bunun üçün məhkəmə heyətinin üçdə ikisinin səsinə ehtiyac olacaq. Üstəlik, iqtidar Konstitusiya Məhkəməsinin heyətini də genişləndirərək, 15-ə çatdırıb. Bu genişlənmə hökumətin öz adamlarını buraya yerləşdirməsi ilə nəticələnib.

Üstəgəl, Polşa Rusiya qazının Almaniyaya çatdırılmasını nəzərdə tutan “Şimal axını-2” layihəsinə görə Berlinə də etiraz edir.

Bu etirazın əsas səbəbi təbii ki, Rusiya təhlükəsi ilə bağlıdır.

 

Modern.az saytının Almaniyanın nüfuzlu “Die Welt” nəşrinə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Trampla Anjey Dudanın hərbi sferada əməkdaşlığın möhkəmləndirilməsi haqqında razılığa gəlməsi diqqət çəkir.

Almaniya KİV-ləri yazır ki, bu anlaşma “Şimal axını 2” layihəsinə qarşı cəbhə yaradır.

 

Əvvəllər Moskva Polşanın xəbərdarlıqlarına məhəl qoymurdu, lakin indi prosesə Tramp olunduğu üçün məsələ ciddiləşir.

 

Xatırladaq ki, “Şimal Axını 2" layihəsi illik ötürmə gücü 55 milyard kubmetr qaz olan iki boru xəttinin çəkilməsini nəzərdə tutur. Xəttin Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çatdırılması planlaşdırılır.  Layihənin icraçısı olan “Nord Stream 2 AG" şirkəti artıq Almaniya, Finlandiya və İsveçdən tikintiyə razılıq alıb. Kəmərin ərazi sularından keçdiyi ölkələrdən yalnız Danimarkadan razılıq alınması hələ ki mümkün olmayıb.

 

Bu layihənin Cənub Qaz Dəhlizinə rəqib olduğu haqda da fikirlər var.

Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcəyi ehtimal olunur.

 

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

 

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

 

Bu İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

 

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü