Arxiv
21 Sentyabr 2018, 11:00 | AKTUAL
Rektor Sudan Milli Assambleyasının sədri ilə görüşüb 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərlə görüşüb.

Modern.az xəbər verir ki, qonağı salamlayan rektor rəhbərlik etdiyi universitet, burada tədris olunan dillər, fəaliyyət göstərən mərkəzlər haqqında ətraflı məlumat verib: “Azərbaycan Dillər Universitetində Avropa ölkələri, onların dilləri və mədəniyyətləri ilə yanaşı İndoneziya, Hindistan, Yaponiya, Koreya kimi ölkələrin dil və mədəniyyətlərini də öyrənirik. Bu mənada Sudan ədəbiyyatına, tarixinə, mədəniyyətinə də marağımız böyükdür. Sudan universitetlərinin hər hansı biri ilə əməkdaşlıq etmək şansımız olsa, həm Sudanda Azərbaycan mədəniyyətini daha yaxşı təbliğ edə bilərik, həm də ölkəmizdə Sudan mədəniyyətinin təbliğinə yardımçı olarıq. Eyni zamanda Sudan universitetlərinin rəhbərlərini Bakıya dəvət edə, onlarla əməkdaşlıq haqqında müqavilə imzalaya bilərik”.

Kamal Abdulla Azərbaycandakı multikultural şərait haqqında qonaqlara ətraflı məlumat verib. Rektor qeyd edib ki, ölkəmizdə müxtəlif xalqlar dinc və qardaşlıq şəraitində yaşayır, Azərbaycan Prezidenti cənab İlham Əliyev multukulturalizmin dövlət siyasətinə çevrildiyini hər zaman qeyd edir.

ADU rektoru vurğulayıb ki, “Azərbaycan multikulturalizmi” fənni və Azərbaycan multikulturalizmi modeli dünyanın müxtəlif ölkələrinin universitetlərində, o cümlədən Almaniya, İsveçrə, İtaliya, İndoneziya, Rusiya, Polşa, Gürcüstan və başqa ölkələrin universitetlərində tədris olunur: “Sudan universitetlərində də bu işi həyata keçirmək mümkündür”.

Yüksək qonaqpərvərliyə, xüsusi diqqətə görə Kamal Abdullaya təşəkkürünü bildirən İbrahim Əhməd Ömər ADU-nun yüksək səviyyəli universitetlərdən biri olduğunu söyləyib: “Mən Azərbaycanın ən nüfuzlu və yüksək səviyyəli universitetlərindən biri olan Dillər Universitetini ziyarət etməkdən çox şadam. Sizin Sudan universitetləri ilə əməkdaşlıq təklifini yüksək qiymətləndirirəm. Bu əlaqələrin yaradılması bir çox əməkdaşlığa yol aça bilər. Eyni zamanda tələbə mübadiləsi, birgə araşdırma və layihələr istiqamətində addımlar atmaq mümkün və vacibdir”.

Milli Məclisin Sədri Oqtay Əsədovla görüşü haqqında danışan İbrahim Əhməd Ömər qeyd edib ki, həmin görüşdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.

Kamal Abdulla Sudan Respublikası Milli Assambleyasının sədrinə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını hədiyyə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə naziri: “Tonoyanla Kardaşyan eyni şeydir” 18 İyun 2019, 11:25 Zakir Həsənov Gəncəyə düşən mərmidən DANIŞDI 18 İyun 2019, 11:21 Zakir Həsənovdan Ermənistana XƏBƏRADRLIQ: “Məsələni həll edin, əks tədqirdə...” 18 İyun 2019, 11:09 Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı elə qarışıb ki, məni də yaddan çıxarıb” - MÜSAHİBƏ 18 İyun 2019, 11:03 Pakistan səfiri Bakı Ali Neft Məktəbində 18 İyun 2019, 10:51 Xəzərin sahilində yeni yaşayış kompleksi tikilir – 2962 ailə SEVİNƏCƏK 18 İyun 2019, 10:51 Erməni nazir Məmmədyarovla görüş üçün ABŞ-a yola düşdü 18 İyun 2019, 10:49 Kapital Bank müştərinin kreditini tam ödədi 18 İyun 2019, 10:45 Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08