Arxiv
21 Sentyabr 2018, 11:39 | ƏDƏBİYYAT
Böyük Azərbaycanlılar - Misilsiz Üzeyir bəy

Xatirə Sadiq

Xoşbəxt o kəsdir ki, ismi mənəvi əbədiyyətə qovuşub. Cismani ölümündən uzun illər keçsə də, sözü və əməli ilə daim yada düşür, adı bütün məmləkətin dilində böyük sevgi və məhəbbətlə anılır. Bu cür insanları barmaqla saymaq olar. Dahi Üzeyir Hacıbəyli belə şəxsiyyətlərdəndir.

Onun gördüyü işlərin izi silinməzdir, əbədidir. Bir insanın öz xalqına bu qədər xidmət etməsi həm qürurverici, həm də heyrətamizdir. 63 illik ömrü (necə də qısa olub!) ərzində nələr etməyib! Onun yorulmaz fəaliyyəti bütün ictimai-siyasi quruluşların (istər çar rus imperiyası, istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də sovet rus imperiyası) sərhədlərini aşıb, onları yenilməz istedad qarşısında sanki ovsunlayıb, hətta Stalin və Mircəfər Bağırov kimi qaniçən diktatorları ölməz əsərlərini ayaq üstə alqışlamağa məcbur edib.

Sözsüz ki, Üzeyir bəyin bütün varlığı ilə zövq aldığı dönəm 23 aylıq Cümhuriyyət dövrü olub. Yalnız 70 il sonra bərpa edə bildiyimiz dövlət himninin əzəmətli və insanı duyğulandıran musiqisi də bunu sübut edir. Bu ölməz əsəri ruhlanmadan, eynilə kövrəlmədən dinləmək qeyri-mümkündür.

Üzeyir bəy peşəkar milli musiqimizin dahi BANİSİ, Şərqdə ilk operanın və operettanın MÜƏLLİFİ, milli konservatoriyanın YARADICISI, maraqlı JURNALİST, DRAMATURQ, MUSİQİŞÜNAS və USTADDIR.

Əminliklə demək olar ki, Üzeyir bəy Vətən və Millət qarşısında vətəndaş və övlad borcunu tamamilə və bütövlüklə ödəyib. Əslində, millətimiz ona çox borcludur! Onun boya-başa çatdığı Şuşanı düşmən tapdağından hələ azad edə, güllələnmiş abıdəsini haqq etdiyi yerə qaytara bilməmişik. Elə Musiqi Akademiyasının rektoru, Üzeyir bəyin qohumlarından biri olan Fərhad Bədəlbəylinin Şuşadakı hönkürtüsü də bu borcdan xəbər verir. Axı Üzeyir bəy Vətənimizin və Millətimizin adını yüksəklərə ucaltmış, tarixə şərəflə yazmış, maarıfçilik missiyasını öz çiyinlərində ləyaqətlə daşımış şəxsiyyətlərimizdən biridir. Azərbaycan var olduqca, bu, belə olacaq!


Onun müsiqisi ilk baxışda sadədir və əlçatandır, amma bütün dahilərdə olduğu kimi həmin əsərləri yazmaq kənardan düşünülə biləcək kimi asan deyil...

Onun musiqisi qədim müğamın və aşıq sənətinin professional səhnəyə gətirilərək, Avropa klassik musiqisi ilə üzlaşmasına səbəb oldu...

Onun müsiqisi peşəkar opera truppasının, Azərbaycan Dövlət Konservatoriyasının, xalq çalğı alətləri və simfonik orkestrləri, dövlət xoru kimi iri musiqi kollektivlərinin, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Asəf Zeynallı, Tofiq Quliyev, Rauf Hacıyev, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Şəfiqə Axundova, maestro Niyazi və digərlərinın təmsil olduqları bəstəkarlıq və dirijorluq məktəblərinin yaradılmasına, Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Rəşid Behbudov kimi istedadlı vokalçıların, Cabbar Qaryağdıoğlu, Zülfü Adıgözəlov, Cahan Talışinskaya, Cəvahir Fürudinbəyli, Yavər Kələntərli, Fatma Mehrəliyeva kimi xanəndələrin, böyük musiqiçi ordusunun meydana çıxmasına səbəb oldu...

Onun müsiqisi Azərbaycanda teatr sənətinin və kinosunun inkişafına təkan verdi. Cəmiyyətdə sənətə münasibəti və baxışları dəyişdirdi, aktyorluq, ifaçılıq peşələrinin populyarlaşmasına, səhnədəki gender probleminin həll olunmasına səbəb oldu... Belə ki, qadınlar çəkinmədən səhnələrdə çixiş etməyə başlamaqla, cəmiyyətin aparıcı qüvvəsinə, eləcə də nümunəvi xanımına çevrildilər.

Onun musiqisi dünyanı gəzdi, Şimal və Cənub arasındakı işğalçı dartışması nəticəsində parşalanmış Azərbaycanın adının unudulmamasına, daha ucadan və iftixarla çəkilməsinə səbəb oldu...

Onun müsiqisi muğamı, tarı, kamançanı və digər milli alətlərimizi yad təsirlərdən və ermənilərin “özününküləşdirmə” cəhdlərindən qorumağa yardım etdi...

Onun musiqisi Azərbaycandakı mövhumata zərbə vuraraq, sivil cəmiyyətin formalaşmasına, milli-mənəvi dəyərlərin bəşəri dəyərlərlə üzlaşdırılmasına səbəb oldu...

Onun müsiqisi - Şah Uvertürası - milli-azadlıq hərəkatının ayrılmaz rəmzi himninə çevrildi, soydaşlarımızı imperiya əsarəti buxovlarından azad olmağa səslədi...

Onun musiqisi və qələmi Azərbaycana illərlə faydalana biləcəyimiz zəngin bir irs qoydu...

Bir sözlə, müsiqi janrı ilə bağlı nəyə əl atsan, hamısının təməlində Üzeyir bəyin izi, döyünən qəlbi var. Uzaq 1926-cı ildə Azərbaycan Radiosunun müsiqi siyasətinin müəyyənləşdirilməsində Üzeyir bəy yaxın dostu Müslüm Maqomayevlə (baba) birlikdə böyük rol oynamişdı. Azərbaycan Radiosu və ondan 30 il sonra fəaliyyətə başlamış Azərbaycan Televiziyası bu gün də Üzeyir bəyin əsasını qoyduğu həmin ənənələrə sadiqdir. Üzeyir bəyin nadir səs yazıları və lentləri Azərbaycan Televiziyası və Radiosunun “Qızıl Fondu”nda qorunub saxlanılır.

Bütün bu edilənlərin qarşısında bizə yalnız onun adını hər gün minnətdarlıqla anmaq, onu hər gün təbliğ etmək qalır. O, məzarı təkcə sentyabrin 18-də deyil, hər gün ziyarət ediləcək, adı yaddaşlardan silinməyəcək dahi şəxsiyyətdir. Üzeyir bəyin övladı olmayıb. Amma bu gün bütün Azərbaycan ona övladlıq edir.

Təqdirəlayiqdir ki, hər il sentyabrın 18-i Milli Müsiqi Günü kimi qeyd edilir. Həmin gündən başlayan Üzeyir Hacıbəyli adına beynəlxalq festivalın miqyası isə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ildən-ilə daha da genişlənir.

Azərbaycan Televiziyası və onun nəzdindəki “Mədəniyyət” telekanalı Milli Musiqi Gününü xüsusi təmtəraqla keçirir. AzTV “Səhər” proqramından başlayaraq bütün verilişlərində Üzeyir irsinin təbliğatına geniş yer verir, festival çərçivəsində keçirilən bütün konsertləri lentə alaraq, onu tamaşaçılara təqdim edir. Qeyd etməmək mümkün deyil ki, bu il AzTV-nin “Səhər” proqramının Milli Musiqi Gününə həsr olunmuş xüsusi buraxılışı teleməkandakı bütün bənzər proqramları geridə qoydu. “Səhər” dahi bəstəkarın fəaliyyətini əks etdirən bütün musiqi məkanlarından bağlantılarla Üzeyir bəyin Azərbaycana verdiyi böyük töhfələr xəritəsini dolğunluğu ilə tamaşaçıya çatdıra bildi.

Təşəkkür edirik, Üzeyir bəy! Nə yaxşı ki, dünyaya Azərbaycan adlı pəncərədən baxmısınız, Azərbaycana dünyanın qapılarını açmısınız, əziz maestro!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41