Modern.az

İlham Əliyev və xanımı dünya çempionatının AÇILIŞINDA

İlham Əliyev və xanımı dünya çempionatının AÇILIŞINDA

21 Sentyabr 2018, 14:32

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvləcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olundu.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer mərasimdə çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan etdi.

Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub