Arxiv
21 Sentyabr 2018, 15:50 | MƏDƏNİYYƏT
AQTA maarifləndirir - İctimai iaşə obyektlərində sanitar normalar necə olmalıdır?

Modern.az saytı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlıq çərçivəsində “AQTA maarifləndirir” rubrikasının növbəti yazısını təqdim edir:

- İctimai iaşə obyektlərinin sanitar-gigiyenik normalara uyğun şəkildə təşkili əhalinin sağlamlığı üçün olduqca vacibdir. Kütləvi istehlak üçün nəzərdə tutulmuş obyektlərin gigiyenik baxımdan təmiz və səliqəli olduğunu göstərən bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baş verə biləcək müxtəlif miqyaslı qida zəhərlənmələrinin qarşısını almağa və müştəri məmnuniyyətini qazanmağa kömək edir. Müəssisənin təmizliyi işçi heyətinin, mətbəxin və xidmət sahəsində istifadə olunacaq xidməti avadanlıqların (boşqab, çəngəl, qaşıq, bıçaq və s.), müştərilərin istirahəti üçün ayrılmış sahənin və obyektin şüşə və pəncərələrinin təmizliyindən asılıdır.


 İlk növbədə restoranın girişində tibbi və ya sağlamlığa nəzarət orqanının obyektə illik təqdim etdiyi sertifikat yerləşdirilməlidir. Bu müştərinin təhlükəsizliyə olan inamını və etibarını qazanmaq üçün vacibdir.


Qida təhlükəsizliyi ilə maraqlanan restoran menecerləri işçilərinin və müəssisənin sanitar-gigiyenik normaların və beynəlxalq standartların tələblərinə cavab verən  müəssisə kimi tanınmasında və bu istiqamətdə fəaliyyət göstərmələrində maraqlı olmalıdır. Qida hazırlanması prosesində çalışan işçilər, həmçinin xidmət heyəti səliqəli və təmiz olmalıdır. İş prosesində işçi heyət əlcəklərdən və saç bonelərindən istifadə etməlidir. Bundan başqa xidmət heyəti şəxsi gigiyenalarına da diqqət edərək, makiyajdan çox istifadə etməməli, daima bədən, əl, ağız, saç və burun təmizliyinə diqqət etməli və iş prosesində saat və üzükdən başqa mümkün qədər az aksesuar istifadə etməlidir. Xüsusilə, dırnaqların qısa və təmiz olmasına diqqət etmək vacibdir. Qeyd etmək lazımdır ki, uzun dırnaqlar bakteriyaların toplaşması üçün ən ideal yerdir. Ən az diqqət edilən, əslində isə ən mühüm bir digər məqam işçi heyətin sağlamlığıdır. Müştərilərə yalnız və yalnız tibbi müayinədən keçmiş işçi heyət xidmət göstərməlidir.


Restoranın divar və döşəmələri də təmiz və quru olmalı, ətrafda azacıq  yağ və ya toz belə olmamalıdır. Əks halda mikrobların çoxalması üçün şərait yaranmış olur. İstifadə olunan mətbəx avadanlıqlarını yuduqdan sonra, yüksək temperaturda durulayıb qurulamaq lazımdır. Sınmış və ya çatlamış mətbəx əşyalarından istifadə edilməməlidir. Boşqab, bıçaq, çəngəl, qaşıq və s. bu kimi mətbəx avadanlıqlarının saxlanıldığı anbarın tozlanmamasına xüsusi diqqət edilməlidir. Hər müştəridən sonra mütləq şəkildə masalar təmizlənməlidir. Masaların təmizliyində istifadə olunan parça və ya bezlərin kirli olmamasına diqqət etmək lazımdır. Ən mühüm gigiyenik tədbirlərdən biri masa və mebellərin daimi olaraq dezinfektantlarla dezinfeksiya olunmasıdır.

 
Yemək və içkilərin zərərli bakteriya və mikroorqanizmlərə yoluxmasının qarşısını almaq üçün soyuq qidaları servis edənədək soyuq temperaturda, isti qidaların isə yüksək temperaturda saxlanılması məsləhət görülür. Mətbəxdə çiy qida maddələri, xüsusilə ət bişirilməmiş istehlak olunacaq meyvə və tərəvəzlərdən uzaq məsafədə yerləşdirilməlidir. İstifadə olunacaq ərzaqlar yerə qoyulmamalı və hər hansı çirkləndirici ilə  bulaşmaması üçün nəzarət olunmalıdır. Eyni zamanda mətbəxdə çalışacaq işçilərin rahat işləyə bilməsi üçün kifayət qədər sahə ayrılmalıdır. Zibil qutuları mütəmadi olaraq boşaldılmalıdır.  Müxtəlif həşəratlar (ağcaqanad, milçək və s.), siçan və siçovulların olması müəssisənin natəmiz olduğunu göstərir. Əgər ətrafda siçovul və ya gəmirici varsa, dərhal müxtəlif dərman preparatlarından istifadə etməklə bu halı aradan qaldırmaq lazımdır.


Tualetlər hər zaman təmiz, kanalizasiya sistemi və borular isə işlək vəziyyətdə olmalı, damcılama və ya tıxanma kimi hallar olmamalıdır. Həmçinin, tualetlər daima xoş ətirli sabun, tualet kağızları kimi gigiyenik məmulatlarla təmin olunmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38 Yeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndi 16 İyun 2019, 10:16