Arxiv
21 Sentyabr 2018, 18:01 | AKTUAL
UNEC-in rektoru prezident təqaüdçüləri ilə görüşüb - FOTO

“Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında prezident təqaüdçülərinin sayına görə UNEC birincidir”.

Modern.az xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov 2018/19-cu tədris ilində prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb.

Qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb. Rektor UNEC-də tələbələrin yüksək ixtisaslı peşəkar mütəxəssis kimi yetişmələri ilə yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş olaraq formalaşması üçün bütün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. UNEC-də verilən bütün qərarların əsasında tələbələrin maraq və mənafelərinin dayandığını bildirib.

Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında prezident təqaüdçülərinin sayına görə UNEC-in birinci yerdə olduğunu diqqətə çatdıran rektor, bu il də 600-dən yuxarı bal toplayanların 63 faizinin məhz UNEC tələbəsi olması ilə qürur duyduğunu ifadə edib. Ə.Muradov prezident təqaüdçülərinin təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin ölkədə ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən zəngin və rəqabətsiz fakültə olduğunu xüsusi vurğulayıb. Görüşdə tələbələrə UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti ilə ikili diplom, həmçinin Avropa, Türkiyə və Rusiyanın nüfuzlu ali təhsil müəssisələri ilə mübadilə proqramlarından bəhs olunub. UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan abituriyentlərə 100 AZN məbləğində xüsusi təqaüd, hər semestr fakültələr üzrə ən yüksək bal toplayan 15 tələbəyə isə ikinci əlaçı təqaüdü verildiyi bildirilib.

Rektor tələbələrə UNEC-in onlar üçün yaratdığı üstünlüklərdən faydalanmağı, elmi-tədqiqat, startap layihələri, beynəlxalq olimpiada, konfranslar və universitetin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.

Sonda prezident təqaüdçülərinə xatirə hədiyyələri və təqaüd kartları təqdim olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54