Modern.az

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

21 Sentyabr 2018, 19:45

 

“Google” şirkəti 2015-ci ildə “Android Security Rewards Program” proqramını istifadəyə vermiş və “Android” mobil əməliyyat sistemi, həmçinin “Google Play” internet mağazasında yerləşdirilmiş proqramlarda aşkar edilmiş səhvlərə görə pul mükafatı təyin etmişdi.

Modern.az  ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ildə maksimim ödəniş məbləği 50 min dollaradək, ötən ilin iyununda isə mükafat məbləği 200 min dollaradək artırılıb.

Şirkətdən bildirilib ki, geridə qalan 3 ildə 470 boşluq aşkar edən şəxslərə 3 milyon dollardan çox mükafat paylanıb.

“Pixel” smartfonlarında aşkar edilmiş iki boşluğa görə Quanq Qonqa 105 min dollar ödənilib. Bu, ən yüksək mükafat məbləğidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi