Modern.az

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Aktual

21 Sentyabr 2018, 20:16

Bu gün ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  Modern.az-a verilən məlumata görə, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

 

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və bölgənin hakimləri ilə müşavirə keçirib.

 

Müşavirədə nazir dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, iş şəraitinin yaxşılaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıq verib, vətəndaş məmnunluğunun təmin edilməsini, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunmasını vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır