Modern.az

Bakıda NATO təlimləri - FOTOLAR

Bakıda NATO təlimləri - FOTOLAR

Aktual

21 Sentyabr 2018, 20:30

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib. Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.

 

Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikası HHQ-nin mütəxəssisləri tərəfindən izlənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?