Modern.az

Qubada taxta sexinin sahibi cərimələndi

Qubada taxta sexinin sahibi cərimələndi

21 Sentyabr 2018, 20:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində növbəti reyd keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, reyd zamanı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 2,35 kub.m həcmində müxtəlif cinsli girdə işlik material və 3000 ədəd meşə materialından hazırlanmış yeşik aşkar olunub.

 

Faktla bağlı sexin sahibi Fətulla Fətullayev barəsində akt tərtib olunub və 1903,18 manat məbləğində ziyan tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir