Modern.az

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

22 Sentyabr 2018, 00:04

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Şırnak, Siirt, Diyarbakır, Ağrı əyalətlərində və İraqın şimalında 14-20 sentyabr tarixlərində keçirilən xüsusi əməliyyatlar zamanı 56 PKK terrorçusu zərərsizləşdirilib.

 

Məlumata görə, qaçaqmalçılara və narkotik alverçilərinə qarşı keçirilən əməliyyatlar zamanı 41,94 min qutu siqaret, 669 min çətənə kolu və 725 kiloqramm narkotik maddələr müsadirə olunub.

 

"Zeytun budağı" əməliyyatının əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 4573-ə çatıb. Terrorçulara qarşı keçirilən əməliyyatlar zamanı 54 hərbçi həlak olub, 241 hərbçi isə yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir