Modern.az

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir

22 Sentyabr 2018, 13:09

Ermənistan tərəfi Minsk Qrupunun sədri Anje Kasprşikin komandasının genşləndirilməsi məsələsinə etiraz edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Zoqrab Manatsakanyan danışıb.

 

“Formatı dəyişdirilməsi üçün istənilən addım effektiv olmayacaq. Biz buna qarşıyıq” – Manatsakanyan bildirib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin keçən ilin may ayında Venada keçirilən görüşü zamanı Minsk qrupu sədrinin səlahiyyətlərinin genişləndirilməsi haqda razılıq əldə olunub. Bu barədə Azərbaycan rəhbərliyi hər zaman razılığını bildirdiyi halda Ermənistan rəhbərliyi etiraz etməkdən əl çəkməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı