Modern.az

Hadi Rəcəbli Maltalı deputatları müşayiət etdi

Hadi Rəcəbli Maltalı deputatları müşayiət etdi

22 Sentyabr 2018, 14:59

Azərbaycan Parlamentinin 100 illiyi ilə əlaqədar olaraq dünyanın 40-dan çox ölkəsindən 300 -ə qədər nümayəndə heyəti gəlib.

 

Bu nümayəndə heyətinin tərkibində böyük dövlətlərlə yanaşı Avropanın Demokratik Cəmiyyət ənənələri olan Malta Respublikasının da nümayəndə heyəti iştirak edirdi. 3 gün ərzində onlar Qədim İçərişəhər. Dənizkənarı  Park , Heydər Əliyev mərkəzi və bir sıra görməli yerlərlə tanış olublar.

 

Qonaqları müşayət edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru professor Hadi Rəcəbli deputatlara parlamentin müstəqillik dövründə qəbul etdiyi qanunlar, keçid dövrünün problemlərinin aradan qaldırılmasında  Heydər Əliyev siyasətinin yeri və rolu, qloballaşan dünyanın  müasir lider etalonlarından olan İlham Əliyev cənablarının siyasi idarəetmə texnologiyasında özəlliklərdən və inkişafa təkan verən addımlardan söhbət açılıb.

 

Maltalı deputatlar Blenn Beddinqfield və Bayron Kamilleri bildirmişdilər ki, erməni lobbisi Azərbaycan və Azərbaycan xalqı haqqında mənfi imic formalaşdırmağa çalışsa da İlham Əliyev cənablarının  apardığı uğurlu xarici siyasət bu  stereotipləri sındırmış, Azərbaycanda tolerant və beynəlxalq tədbirlərin keçirilməsinə bütün imkanları olan dövlət kimi tanıdıb.

 

Deputatlar qeyd etdilər ki, “Biz Bakını heç bir təhlükəsizlik xidmətinin müşayəti olmadan gəzdik, Bakı gecələrini gördük, qonaqpərvər əhali ilə polemikaya girdik və bu ölkəyə heyran qaldıq. Siz artıq hesab edə bilərsiniz ki, biz həm öz ölkəmizdə həm də əlaqəli olduğumuz təşkilatlarda Azərbaycan həqiqətlərini yayacaq və daim təmasda olacağıq. Maltalı deputatlar bundan sonra səfərlərini yekunlaşdıraraq öz ölkələrinə geri dönüblər. Onların son sözləri isə "gələn görüşlərədək!" olub. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir