Modern.az

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Aktual

23 Sentyabr 2018, 09:28

Azərbaycana payız fəsli gəlib.

 

Modern.az xəbər verir ki, payız fəsli Azərbaycana Bakı vaxtı ilə saat 05:54-də daxil olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.

 

Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!