Modern.az

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

23 Sentyabr 2018, 11:40

Şəki şəhərində 70 yaşlı kişi laqonda ilə özünə xəsarət yetirib.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, bu gün səhər saatlarında Şəki şəhəri, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında yaşayan 1948-ci il təvəllüdlü Rəsul Mahmud oğlu Məmmədov sol ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan “Report”a bildirilib ki, müayinə zamanı R.Məmmədovun yaşadığı ünvanda laqonda ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti il evə buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir