Modern.az

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Aktual

23 Sentyabr 2018, 12:28

“Yağış yağarkən qısamüddətli problem yaşanırsa, bunu normal qarşılamaq lazımdır”.

 

Bunu Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəti Anar Nəcəfli bildirib.

O qeyd edib ki, yaşananlar bütün ölkələrdə eynilə müşahidə edilir:

“Yağış yağdığı müddətdə yaranan su gölməçələri, yağış dayanandan sonra çəkilirsə, bu, problem deyil. Əgər əvvəllərdə Binəqədi şossesində olduğu kimi, su gölməçələri günlərlə qalardısa, bu, problemə çevrilərdi.

Bu cür hadisələr Parisdə də olur, Moskvada da, İstanbulda da olur, Vaşinqtonda da. Amma bunu normal qarşılayırlar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları müvafiq qurumların əməkdaşları ilə birlikdə ciddi prolem yaşanan yerlərə cəlb olunub. Hazırda işlər davam etdirilir, ərazilərə nəzarət edilir. Yağışın aramsız yağması səbəbindən bəzi yollarda kanalizasiya sistemi çatdıra bilməyib deyə, suyu yollara vurub. Hazırda vəziyyət nəzarət altındadır”.

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, səhər saatlarında yağan yağış Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti - Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq yaradıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!