Modern.az

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi

23 Sentyabr 2018, 14:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən, sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a daxil olan məlumata görə, xəbərdarlıqla bağlı bütün təsərrüfat xidmətləri səfərbər olunub:

“Yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir