Modern.az

Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb

Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb

Aktual

23 Sentyabr 2018, 17:16

Bir müddət əvvəl regionlardan Bakıya tələbə axını kirayə mənzil bazarında ajiotajın yaranmasına səbəb oldu. Kirayə mənzil bazarında qiymətlərin qalxması paytaxta yeni gələnləri çətiliklərlə üz-üzə qoydu.
Bəs indi vəziyyət necədi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, avqust ayında və sentyabrın birinci yarısında kirayə evlərə tələbin artması müşahidə olundu.

“Bu da kirayə evlərin qiymətinin artmasına səbəb oldu. Sentyabrın ikinci yarısından başlayaraq kirayə evlərə olan tələbin stabilləşməsi müşahidə olunur. Stabilləşmə birbaşa kirayə ev bazarında tələb yaradanların ev tapması ilə bağlıdır. Çünki əsasən kirayə mənzil bazarına tələbi universitet tələbələri formalaşdırırdı. Avqust ayında xarici ölkələrdən Azərbaycana gələnlər də kirayə mənzil bazarında tələbin yaranmasına səbəb olub. Eyni zamanda təklifin dəyişməməsi də qiymətin artmasına səbəb olub”.

 

V.Bayramov bildirib ki, hazırda qiymətlər stabilləşib.

 
"Kirayə bazarındakı xüsusilə də bir müddət əvvəl müşahidə edilən ajiotaj artıq yoxdur. Qiymətlərin və  tələbin stabilləşmi müşahidə olunur”.

 

İqtisadçının sözlərinə görə,  bütövlükdə daşınmaz əmlak sahəsində son 1 ildə qiymət artımları daha çox kirayə mənzil bazarında qeydə alınıb.

 

“Mənzillərdə kəskin artımlar yoxdu, qiymətlər stabildir. Bahalı mənzillərin qiymətində isə azalmalar var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır