Modern.az

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

Aktual

23 Sentyabr 2018, 17:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev millət vəkili Tahir Süleymanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Sabah 70 yaşı tamam olacaq deputat təəssüratlarını Modern.az-la bölüşüb.

T.Süleymanov göstərdiyi etimada görə, ölkə Prezidentinə dərin təşəkkür edib:

“Həyatımda ikinci dəfədir ki, cənab Prezident tərəfindən mənə qarşı bu cür diqqət göstərilir. 2008-ci ildə - 60 illiyimdə mənə “Şöhrət” ordeni verib. 70 yaşımla bağlı isə "Vətənə xidmətə görə" ordeninə layiq görüb. Çox minnətdaram, çox təşəkkür edirəm. Mən ömrüm boyu xalqımız üçün vicdanla, şərəflə çalışmışam. Mən 2000-ci ildən bəri dörd çağırış üzrə Milli Məclisin deputatı seçilmişəm.

Bu diqqət mənim həyatımda çox böyük əlamətdar hadisədir. Bundan sonra da dövlətimizə, Prezidentimizə sədaqətlə xidmət edəcəyəm. Bu xoş gündə məni unutmayan dostlara da mənim keçirdiyim hissləri arzulayıram”.

Deputat bundan sonrakı fəaliyyətində də dövlətçilik prinsiplərini əsas meyar seçəcəyini vurğulayıb.

Qeyd edək ki, Tahir Süleymanov 1948-ci il sentyabr ayının 24-də Şabran rayonunun Sumağava Qazma kəndində anadan olub. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisə deputat seçilib. MM-in Aqrar siyasət komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının fəallarındandır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!