Modern.az

Növbəti komanda-qərargah təlimi başa çatıb

Növbəti komanda-qərargah təlimi başa çatıb

23 Sentyabr 2018, 20:57

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulan məqsədlərə nail olunub. Modern.az xəbər verir ki, təlimdə Əlahiddə Ümumqoşun Ordusunun “Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşelon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin həyəcan siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzuları işlənib.

 

Təlimin ssenarisinə əsasən praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr təlim ərazisinə çıxarılaraq döyüş atışları icra ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir