Modern.az

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

23 Sentyabr 2018, 21:42

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tarık Şah Bəhrami parlamentdəki çıxışı zamanı bildirib.

 

Müdafiə naziri qeyd edib ki, son 1 ayda terrorçularla döyüşlərdə təhlükəsizlik qüvvələrinin 700-dən çox əməkdaşı yaralanıb: “Bu müddət ərzində təhlükəsizlik qüvvələrinin 43 əməkdaşı terrorçular tərəfindən əsir götürülüb. Ötən ay terrorçuların da itkiləri 3 dəfə artıb. Hazırda nazirlik yeni təhlükələrin qarşısının alınması üçün bəzi planlar üzərində çalışır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı