Arxiv
24 Sentyabr 2018, 08:21 | AKTUAL
Bakılı Boris Ptaşko veteran dostunun yubileyində “Katyuşa”nı oxumaqdan niyə imtina etdi?

Bir müddət əvvəl Sumqayıt kimyaçıları və şəhər ictimaiyyətinin nümayəndələri Azərbaycan kimya sənayesinin patriarxı Yuri Vladimiroviç Yermakovun 95 illik yubileyini qeyd ediblər. Respublikamızın Əməkdar səmərələşdiricisi, keçmiş SSRİ-nin Əlaçı ixtiraçısı, fərdi Prezident təqaüdçüsü, həm də müharibə və əmək veteranı olan bu hörmətli adamı yubileyi münasibətilə təbrik etmək üçün nəinki Bakı və Sumqayıtdan, hətta uzaq İsraildən də dostları və qohumları təşrif buyurublar.


Təbriklərdən, yubilyara deyilən xoş sözlərdən, Azərbaycan və rus musiqisinin sədaları altında rəqslərdən sonra kimsə Yuri Vladimiroviçin müharibə veteranı olduğunu nəzərə alaraq, 1941-45-ci illərin ən məşhur, populyar mahnısı olan "Katyuşa"nı oxumağı təklif edib.. Və hamı o mahnının melodiyasına köklənərək oxumaq istərkən məclisin ən fəal, şən iştirakçısı olan Boris Yakovleviç Ptaşko gözlənilmədən barmaqları ilə stola melodik tərzdə döyəcləyərək, gözəl bir səslə və xüsusi şövqlə, həvəslə başqa ifa səsləndirib:

 

Qol çırmayıb sən tarlaya çıxanda

Səs yayılır hər mahala, Sürəyya!

Ağ pambığı becərəndə-yığanda

Gəlməyəsən heç zavala, Sürəyya!..

Əməyin azad, diləyin azad, ay ellər qızı,

Bu şən ölkəmin bəxtəvər qızı!

 


Məclisin digər iştirakçıları da gülə-gülə onun səsinə səs verərək, xorla oxumağa başlayıblar: "Qol çırmayıb sən tarlaya çıxanda..."


Azərbaycanın yetirməsi olan, bir-neçə il əvvəl qızının israrlı dəvəti ilə İsrailə köçmüş Boris Yakovleviçdən soruşanda ki, "axı, nə səbəbə veteran üçün "Katyuşa"nı yox, "Sürəyya"nı oxudunuz?", tərtəmiz Azərbaycan dilində ikibaşlı şəkildə cavab verib ki:


- Azərbaycanlı Sürəyyanın rus Katyuşadan nəyi əskikdir ki? Həm də axı, hər iki mahnının melodiyası, musiqi tempi də bir-birinə çox yaxındır, uyğundur. Və, düzü, bu, ekspromt olaraq, birdən-birə belə alındı...


Boris Ptaşkoya Azərbaycana, onun musiqisinə olan sevgisinə görə minnətdarlığımı bildirib, yalnız onu öyrənə bildim ki, o, əsli-kökü ilə bakılıdr, vaxtilə Bakı Konservatoriyasını bitirib, lakin öz ixtisası üzrə çox az işləyə bilib, sonralar müxtəlif məsul vəzifələrdə çalışıb. Son iş yeri isə Bakı meriyası olub. Boris Yakovleviç orda meriya şöbələrindən birinə rəhbərlik edib, lakin hər zaman qəlbən musiqiçi olub. Və özünün də etiraf etdiyinə görə, gözəl, əfsanəvi Bakı mühitində böyüyən bir oğlanın "Katyuşa"nı yox, "Sürəyya"nı oxuması tamamilə təbiidir.


Dostlarının dediyinə görə, hazırda Boris Ptaşko İsraildə yaşasa da, Bakı, Azərbaycan üçün çox darıxır və imkan düşdükcə Bakıya gəlməyə can atır, dostları və yaxınları ilə birgə doğma paytaxtın küçə və meydanlarını, sahil parkını gəzməyi çox xoşlayır, dəniz kənarındakı çayxanaların birində oturub mavi Xəzəri seyr etməkdən, qayıqla onun qoynunda üzüb-dolanmaqdan doymur.

 

Sonda üzümü Boris Yakovleviçə tutub demək istərdim:


- Çox sağ olun, var olun, Boris kişi! - Azərbaycana, onun musiqisinə, mədəniyyətinə olan böyük, sonsuz sevginizə, məhəbbətinizə görə!


Rəhman ORXAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33 Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi" 15 İyun 2019, 14:30 Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT 15 İyun 2019, 13:54 Zakir Həsənov generalları topladı, müharibə mesajı verdi 15 İyun 2019, 13:46 Kümçülür bugünədək 499,28 ton yaş barama təhvil veriblər 15 İyun 2019, 13:14 Sabahın havası – 38 dərəcə isti olacaq 15 İyun 2019, 13:13 Rəsmi Bakı Məmmədyarov-Mnatsakanyan görüşündən konkret nəticələr əldə olunacağına ümid edir 15 İyun 2019, 12:43 Gəncədə oğurluq edənlər saxlanıldı 15 İyun 2019, 12:20 Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi 15 İyun 2019, 12:06 Binəqədidə konsert - FOTO 15 İyun 2019, 11:54 Xosrov bəyin, Sultan bəyin incik ruhlarına vicdan borcumuz... - MÜSAHİBƏ 15 İyun 2019, 11:39 Mehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı verdi 15 İyun 2019, 11:21