Modern.az

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər

Aktual

26 Sentyabr 2018, 08:32

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə keçiriləcək görüş bu guün - 26 sentyabr tarixində Nyu-Yorkda olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.


Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir