Arxiv
24 Sentyabr 2018, 11:05 | MƏDƏNİYYƏT
Azərbaycanda xalq artisti adı almış ermənilər - SİYAHI

Vahid sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi.

 

Dağlıq Qarabağda sepratizmin vüsət almasına qədər iki ölkə sənətkarları qarşılıqlı səfərlər, qasrtol turları keçirirdilər. Onlar buna görə ədəbi adlar, mükafatlarla təltif olunurdular. 


Bu sırada Sovet Azərbaycanına gələn və “Azərbaycan SSR-in xalq artisti” fəxri adını alan erməni sənət adamları az deyil.


Modern.az
 saytı “Azərbaycan SSR-in xalq artisti” fəxri adını almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.

 

Abelyan Ovanes – 1932-ci ildə Azərbaycan SSR xalq artistidir. 1865-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı Erməni teatrında səhnə alıb. 1936-cı il iyulun 1-də Yerevanda vəfat edib.

 

Qriqoryan Mariya İosifovna – 1935-c ildən Azərbaycan SSR xalq artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və Tiflis teatrlarında aktisa kimi çıxış edib.

Papazyan Vaqram Homeroviç - 1935-ci ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1888-ci il yanvarın 6-da İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad (Sankt-Peterburq) şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb. 1968-ci il iyunun 5-də Leninqradda vəfat edib.

 

Arutunyan Xoren Oqanesoviç – 1943-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1891-ci ldə anadan olub. Bakı, Yerevan, Tbilisi və Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə vəfat edib.

Arzumanyan Arkadi Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada anadan olub. Bakı, Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib. 1956-cı ildən Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi Arzumanyan 1985-ci ildə ölüb.

Arzumanyan Artaşes Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSRİ xalq artistiydi. 1898-ci il mayın 17-də Şuşada anadan olub. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki Salamov obrazı xüsusən məşhur olub. 1985-ci ildə vəfat edib.

 

Arutunyan Qurgen Mixayloviç – 1955-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə şəhərində anadan olub. Qurgen Arutunyan 1929-1949-cu illərdə Bakı Erməni teatında, 1949-1971-ci illərdə isə Xankəndi Dövlət teatrındakı tamaşalarda aktyor kimi çıxış edib. 1973-cü ildə dünyasını dəyişib.

Koqranyan Mixail Aleksandroviç – 1960-cı ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1907-ci il mayın 16-da Gəncədə andan olub. Teatr aktyoru vəı rejissoru kimi Bakı və Xankəndində çalışıb. 1974-cü ildə dünyasını dəyişib.

 

Osepyan Nina Ovanesovna – 1962-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub və uzun illər Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina Osepyan 1977-ci il noyabrın 19-da Xankəndində vəfat edib.

 

Petrosyan Avak Qeqamoviç – 1962-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adı verilib. 1912-ci il martın 29-da Ermənistanın Abovyan rayonun Gəmrəz kəndidə doğulub. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olub. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ən yaxşı ifaçısı iddia edirlər. 


Adamov Konstantin Haykoviç – 1972-ci ildə Azərbaycan SSR xalq artisi, Azərbaycan SSR Dövlət Mükafatının laureatına layiq görülüb. 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Uzun illər boyu Səməd Vurğun adına Azərbaycan Rus Dram Teartrının aparıcı aktyoru olub.
 

Xaçaturyan Aram İliç – 1973-cü ildə Azərbaycan SSR xalq artisti fəxri mükafatına layiq görülüb. Bəstəkar kimi Aram Xaçaturyan (1903-1978) SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941,1943,1946,1950) olub, Ermənistan SSR Dövlət himnin müəllifidir (1944).

Ovçiyan Beniamin Afanasyeviç – 1973-cü ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1918-ci il noyabrın 28-də andan olub. Xankəni Dram Teatrının və bır sıra filmlərin aktyoru olub. 2005-ci ildə vəfat edib.

 

Qevorkyan Zinavor Simonoviç – 1979-cu ildə Azərbaycan SSR xalq artisti adını qazanıb. 1920-ci ildə anadan olub. 1937-cildən Xankəndi Dram teartının aktyoru, 1976-1986-cı illərdə isə teartın direktoru olub.

 

Alaverdyan Narui İsaakovna – 1982-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 1941-ci ildə Xankəndində anadan olub. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olub. 1978-ci ildən isə “Qarabağ” estrada ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.

 

Narek Qriqoryan - tanınmış tarzən və Azərbaycan SSR xalq artistidir. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb və sovet dövrününü bir çox aparıcı müğənnilərini müşayiət edib.

 

Adam Qaribyan – opera müğənnisi və Azərbaycan SSR xalq artistidir. 60-70-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub. Səhnədə 40-dan artıq obraz yaradıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə naziri: “Tonoyanla Kardaşyan eyni şeydir” 18 İyun 2019, 11:25 Zakir Həsənov Gəncəyə düşən mərmidən DANIŞDI 18 İyun 2019, 11:21 Zakir Həsənovdan Ermənistana XƏBƏRDARLIQ: “Məsələni həll edin, əks tədqirdə...” 18 İyun 2019, 11:09 Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı elə qarışıb ki, məni də yaddan çıxarıb” - MÜSAHİBƏ 18 İyun 2019, 11:03 Pakistan səfiri Bakı Ali Neft Məktəbində 18 İyun 2019, 10:51 Xəzərin sahilində yeni yaşayış kompleksi tikilir – 2962 ailə SEVİNƏCƏK 18 İyun 2019, 10:51 Erməni nazir Məmmədyarovla görüş üçün ABŞ-a yola düşdü 18 İyun 2019, 10:49 Kapital Bank müştərinin kreditini tam ödədi 18 İyun 2019, 10:45 Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08