Modern.az

Bulvarda kişi meyiti tapıldı - FOTO

Bulvarda kişi meyiti tapıldı - FOTO

24 Sentyabr 2018, 11:24

Sentyabrın 23-də Səbail rayonu ərazisində Milli Parkda yerləşən “Saat qülləsi”nin yaxınlığında Xəzər dənizindən təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN)Modern.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 165-175 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qara, saçları qaradır. Üzərində qısaqollu qəhvəyi zolaqlı ağ köynək, mavi cins şalvar, qara ayaqqabıları var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildəki kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02, (050) 636-60-60, (055) 414-65-72, (055) 561-77-85 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi