Modern.az

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?

24 Sentyabr 2018, 11:57

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal edilən “Ozmo”, “Tutku” məhsullarında bir sıra nöqsanlar – bakteriyalar aşkar edildiyini açıqlayıb.

İnsan orqanizmi üçün təhlükəli olan bu məhsulların ticarət şəbəkəsindən yığışdırılması üçün sentyabrın 22-dək vaxt verilib. Artıq verilən vaxtdan 2 gün keçməsinə baxmayaraq, satışda qeyd olunan məhsullara rast gəlinir. Bəs, uşaqların sevimli dadı olan “Ozmo” və “Tutku”nun məktəb bufetlərində satılmadığına kim təminat verir?

Məsələ ilə bağlı AQTA-nın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a açıqlama verib. O qeyd edib ki, bununla bağlı ticarət şəbəkələrində monitorinqlər aparılır və məsələyə nəzarət olunur. AQTA rəsmisi bildirib ki, bu məhsullar ölkəyə müxtəlif partiyalarla xaricdən davamlı olaraq idxal olunur:

"İdxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur. Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb. Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub