Modern.az

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı

24 Sentyabr 2018, 11:58

Dünya pravoslav xristianları Moskva və Konstantinopol Partiarxatlıqları arasındakı qalmaqala görə böyük parçalanma qarşısındadılar.

 

Modern.az xəbər verir ki, Ukrayna kilsəsinin Moskvanın tabeliyindən çıxarılaraq, Konstantinopola tabe edilməsi və ona avtokefal statusunun (müstəqillik) verilməsi Rusiya pravoslavlarını hiddətləndirib. Moskva və Bütün Rusiya Partiarxı I Kiril Konstantinopol kilsəsi ilə bütün dini əlaqələrin kəsiləcəyini və bunun 1054-cü ildən sonra xristian aləmində ən ciddi parçalanma olacağını açıqlayıb.

 

Moskva iddia edir ki, 1686-cı ildə Konstantinopol patriarxı IV Dionis Ukrayna Metropoliyasına mitropolit təyin etmək hüququnu Moskvaya həvalə edərək, könüllü bu kilsəyə inzibati nəzarəti əldən buraxmışdı. Həmin proses 1654-cü ildə Rusiyanın tərkibinə daxil olan Ukraynanı siyasi proseslərlə yanaşı, dini baxımdan da ruslara bağlamışdı.

 

Moskva və Konstantinopol patriarxlarının 31 avqustda keçirilən görüşü də tərəflər arasındakı ziddiyyətləri aradan qaldırmamışdı.

Konstantinopol patriarxı I Varfalemey Moskvanı kilsə qanunlarına zidd addımlar ataraq, Kiyev metropoliyasına qarşı təzyiqlər göstərdiyini və Ukrayna kilsəsinə avtokefal statusu veriləcəyini elan edib.

 

“Biz hədələrdən qorxmuruq. Konstantinopol Partiarxlığı 1998-ci ildə Çexiya və Slovakiya torpaqlarına avtokefal status verdi. Bu dəfə növbə Ukraynaya çatıb. Bu onların haqqıdır və bizə heç kim təsir göstərə bilməz”.

 

Ukrayna kilsəsinə avtokefal hüququnun verilməsi oktyabrın əvvəlləri üçün gözlənilir.

Amma Ellada (Yunanıstan) kiləsi və Serbiya Pravoslav Kilsəsi də Moskvanın tərəfini saxlayır.

 

Xatırladaq ki, 1054-cü ildə Şərqi və Qərbi xristianlar arasında baş verən dini ehkam mübahisələri Bizans İmperiyasına tabe olan kilsələrin Roma katoliklərindən ayrılmasına və Konstantinopol kiləsinin rəhbərliyi altında pravoslav xristianlarının yaranmasına gətirib çıxarmışdı. Konstantinopol kilsəsi ən qədim və nüfuzlu pravoslav kilsəsi olaraq digər kilsələr statuslar verə və bütün kilsələrin iclasını çağıra bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi