Modern.az

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi

24 Sentyabr 2018, 11:59

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.


Xatırladaq ki, sentyabrın 19-da Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır.  Gözəl Dəmirov adlı sabiq polis rəisi də iş adamıdır və Etimad İsmayılovun şəriki idi.

Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

2011-ci ildə ailə quran S. Nuriyeva ilə E.İsmayılovun İlyas adlı dörd yaşlı oğulları var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı