Modern.az

Türkiyənin azərbaycanlı deputatı Etimad İsmayılovun ölümündən DANIŞDI  

Türkiyənin azərbaycanlı deputatı Etimad İsmayılovun ölümündən DANIŞDI    

24 Sentyabr 2018, 13:21

Sentyabrın 19-da Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində şəriki, sabiq polis rəisi Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. Hadisə Azərbaycanda və Türkiyədə geniş rezonans doğurub.

 

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən, əslən azərbaycanlı deputat Şamil Ayrım məsələ ilə bağlı Modern.az-a açıqlama verib.


Ş.Ayrım bir azərbaycanlı olaraq hadisədən sarsıldığını bildirib:

“Doğrudur, Türkiyə böyük ölkədir, burada belə hadisələr baş verir. Amma azərbaycanlı iş adamı, siyasətçi oğlu öldürüldü deyilincə, qəzetlər və sosial media məsələni böyütdü. Qeyd edim ki, hər ikisinin iş adamı, həmçinin mərhumun sabiq deputatın oğlu olması qardaş ölkə mətbuatının diqqətindən qaçmayıb. Ona görə də bu məsələyə geniş yer verilir. Mən də mətbuatda gedən məlumatları diqqətlə izləyirəm. İki Azərbaycan vətəndaşının bu cür hadisədə adının çəkilməsi-birinin öldürülməsi, digərinin həbsə girməsi heç xoş şey deyil. Azərbaycan vətəndaşı olmaları məni çox üzdü. Nəticədə ikisi də iş adamıdır. Burada gedən söz-söhbətlərə görə, hadisə borc üstündə baş verib. Mənim bildiklərim bunlardır, detallar hüquq-mühafizə orqanlarındadır. Hazırda istintaq getdiyindən rəsmi açıqlamalar da verilmir. Hər halda nəticə ictimaiyyətə açılananda hamımız məlumatlanacağıq”.


Deputat baş verənlərə təssüf etdiyini vurğulayıb:

“Mən heç bir azərbaycanlı vətəndaşının burnun qanamasını belə istəmirəm. Və hələ qardaş ölkədə belə hadisələrin gündəmə gəlməsi heç ürəkaçan deyil. Təəssüf edirəm sadəcə. Adı keçən şəxslərlə yaxından əlaqəm yoxdur. Allahdan yaxınlarına səbr diləyirəm”.

 

Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir