Arxiv
24 Sentyabr 2018, 13:55 | AKTUAL
Lənkəranda 25 hektar sahədə ziyanvericilər aşkarlandı

Lənkəran rayon ərazisində kiçik tut odlucasının (Glyphodes pyloalis Walker) IV nəslinə qarşı mübarizə tədbirləri aparılır.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Modern.az-a verilən məlumata görə, yerli mütəxəssislər tərəfindən 220 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 25 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən edilib.

 

Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyyələr əsasında 4 ha sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə zamanı ciləmə üsulu ilə alfa-sipermetrin tərkibli Siperkor 25 EC preparatından (0.3 l/ha - 250 qr/l tərkibdə) istifadə edilib. Hazırda davam etdirilən müşahidə və mübarizə tədbirləri İstisu və Liman qəsəbələrini və Aşağı Nüvədi kəndini əhatə edib. Eyni zamanda mütəxəssilər tərəfindən fermer təsərrüfatı sahiblərinə müvafiq tövsiyələr verilir və zərərvericilərə qarşı mübarizənin aparılması qaydası izah olunur.

  Məlumat üçün bildiririk ki, kiçik tut odlucasının kəpənəkləri orta ölçülü (20-23 mm) olub, qızılı-sarı rəngdədir. Kəpənəklərin pupdan uçması və cütləşməsi gecə saatlarında əsasən (21:00-24:00 radələrində) baş verir. Pupdan çıxdıqdan 1 gün sonra cütləşir və yumurta qoymağa başlayırlar. Qidalanmasından asılı olaraq kəpənəklərin ömrü 3-20 gün təşkil edir.

 

Avqust-sentyabr aylarında III və IV nəsilləri bitkilərə çox ciddi ziyan vururlar. Bir bitki üzərində iki nəslin ard-arda inkişafı, yarpaqların 70-80% yeyilməsinə səbəb olur və ağacın quruması təhlükəsi yaranır. Payızda çəkil və tut ağaclarının ətrafında tökülmüş yarpaqlarının toplanaraq yandırılması qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda, eləcə də odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində bellənməsi və qurumuş budaqların kəsib yandırılması yaxşı nəticə verər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26