Modern.az

Norveçdə Rusiya casusu TUTULDU - O, Azərbaycanda da olub  

Norveçdə Rusiya casusu TUTULDU - O, Azərbaycanda da olub   

24 Sentyabr 2018, 15:24

Norveçdə 51 yaşlı Rusiya vətəndaşı olan şəxs casusluqsa ittiham olunaraq saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu haqda “Verdens Gang” nəşri məlumat yayıb. Onun bundan əvvəl Azərbaycanda da olduğu müəyyənləşib.

 

Həmin şəxs ölkəyə səyahət səbəbi kimi İnformasiya texnologiyaları seminarında iştirak etmək olduğunu göstərib. Saxlanılan şəxsin vəkilləri onun bundan əvvəl eyni səbəblə Azərbaycanda da olduğunu ifadə ediblər.

 

“Rusiya vətəndaşı iştirakçılara qadağan olunan heç bir məkanda olmayıb. Və ona heç kim hər hansı qadağa qoyulımuş yerə daxil olduğunu bildirməyib” – saxlanılan şəxsin vəkili Xeqe Aakxe bildirib.

 

Vəkilin sözlərinə görə, ittiham olunan şəxs hansı səbəbdən saxlanıldığını bilmir və istintaqla əməkdaşlığa razılıq verib.

 

Rusiya səfirliyindən onun saxta ittihamla saxlanılıdığı qeyd edilib. Eyni zamanda, bunun düşünülmüş bir addım olduğu diqqətə çatdırılıb.

Nəşrin məlumatına görə, Rusiya vətəndaşı Avropa ölkələrinin parlamentlərində informasiya texnologiyalarının istifadəsi üzrə seminarda iştirak etmək üçün Norveçə gəldiyini bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi