Arxiv
24 Sentyabr 2018, 16:22 | ÖLKƏ
Konstitusiya Məhkəməsində dollar kreditlərilə bağlı qərara yalnız bu hakim ETİRAZ EDİB

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə keçirilən xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclasında dollarla götürülən kreditlər üzrə qərar açıqlanıb.

Qərarda deyilir ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.


“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”, - rəsmi məlumatda bildirilib.


Beləliklə, 2015-ci il devalvasiyalarından əvvəl dollarla kredit götürənlər ödənişi xarici valyutanın devalvasiyadan sonrakı məzənnəsi ilə etməlidirlər. Konstitusiya Məhkəməsinin bu qərarı ilə devalvasiyanın bütün ağırlığı rəsmən vətəndaşların  üzərinə qoyulub.

Modern.az-a daxil olan məlumata görə, Konstitusiya Məhkəməsində məsələ ilə bağlı qərar çıxarılarkən yalnız bir hakim fərqli mövqe nümayiş etdirib.

Əməkdaşımız bunu dəqiqləşdirmək üçün öncə Konstitusiya Məhkəməsinin Aparatı əlaqə saxlayıb. Aparatdan isə bildirilib ki, səsvermə zamanı bütün hakimlər yekdilliklə qərarın lehinə səs veriblər.


Amma əməkdaşımıza digər mənbədən bildirilib ki, qərar çıxarılarkən fərqli mövqe nümayiş etdirən hakim İsa Nəcəfovdur.


Müxbirimiz İ.Nəcəfovla da əlaqə saxlayıb. İ.Nəcəfov Modern.az-a özəl açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, ümumi nəticədə xüsusi rəy bildirib:

 

“Xüsusi rəydə bildirdim ki, mən məhkəmənin qərarı ilə razı deyiləm. Konstitusiyanın 16-cı və 149-cu maddəsinə əsasən, vətəndaşın devalvasiyadan sonra bankdan müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb etmək hüququ var. Bank bu müraciətə məhəl qoymadıqda, vətəndaş məhkəməyə müraciət edərək müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsini tələb edə bilər. Mülki Məcəlləinin 422-ci maddəsində nəzərdə tutulub ki, şəraitin əhəmiyyətli dəyişilməsi nəticəsində tərəflər bağlanmış müqavilənin şərtlərini dəyişdirə, yaxud ləğv edə bilərlər. Dolların məzənnəsinin təxminən 97 qəpik bahalaşması dollarla kredit götürmüş vətəndaş üçün ağır şərait yaradır. 112 min dollar kredit götürən vətəndaş faktiki olaraq 190 min manat əsas borc və illik 19 faiz olmaqla, 30 min manatdan yuxari bank faizi ödəməlidir. Bu, çıxılmaz bir vəziyyətdir”.

 

Hakim bildirib ki, onun xüsusi rəy bildirməsi ümumi nəticəyə təsir etməyib.

 

Eyni zamanda, İ.Nəcəfov fərqli mövqe bildirdiyinə görə, ona hər hansı irad bildirilmədiyini vurğulayıb:

“Bu, həm qanuna, həm də Konstitusiya Məhkəməsinin daxili nizamnaməsinə görə hər bir hakimin hüququdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotik alverçisi edam olunacaq 21 May 2019, 00:53 Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36