Modern.az

Ərdoğan sabah dünyaya hansı mesajlar verəcək? – Baş katibdən Modern.az-a AÇIQLAMA

Ərdoğan sabah dünyaya hansı mesajlar verəcək? – Baş katibdən Modern.az-a AÇIQLAMA

24 Sentyabr 2018, 17:08

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bu gün BMT Baş Assambleyasının 73-cü sessiyası üçün BMT binasına gedəcək. Orada bəzi ictimai əhəmiyyətli görüşlər keçirəcək. Daha sonra BMT baş katibi Antonio Quterreş ilə bir araya gələcək”.

 

Bu sözləri Modern.az-a açıqlamasında hazırda ABŞ-ın Nyu York şəhərində olan da Türkiyə Qəzetçilər Federasiyasının baş katibi Mehmet Ali Dim deyib. O bildirib ki, Ərdoğanın Baş Assambleyadakı çıxışı sabah olacaq.

 

“Bildiyimiz kimi Türkiyə son zamanlarda, əsasən də Suriya məsələsində Rusiya və İranla sıx əməkdaşlıq içərisindədir. Təbii ki, bu bölgədəki Amerika tezislərinə çox da uyğun gəlməyən bir tutumu sərgiləyir. Bir sözlə, BMT Baş Assambleyasında əsas gündəmin Suriya məsələsi olması gözlənilir.

 

Mehmet Ali Dim deyib ki, Türkiyənin Suriyada mülki vətəndaşların zərər görməməsi üçün sərf etdiyi mübarizələr bütün dünya millətləri və ölkələri tərəfindən təqdir edilir.

 

“BMT Baş Assambleyasında bir çox ölkənin xüsusilə də müsəlman çoğrafiyasındakı ölkələrin liderlərinin bu mövzuda təqdir və təşəkkürlərini cənab Ərdoğana çatdırmaları gözlənilir”.

 

Onun sözlərinə görə,  Türkiyənin son dönəmdə yaşadığı iqtisadi böhran və valyutadakı dalğalanma da Baş Assambleyada gündəmə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı