Arxiv
24 Sentyabr 2018, 17:17 | AKTUAL
Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-da

Sentyabrın 24-də məşhur rus yazıçısı, şair, dramaturq, kinossenarist və ictimai xadim Yuri Polyakov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla bildirib ki, Yuri Polyakovu universitetdə görməkdən məmnundur: “Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələri yazıçı ilə bu görüşü çoxdan gözləyirdi. Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası yüksək səviyyədə baş tutdu. Bu tamaşanın ərsəyə gəlməsində əməyi olmuş hər kəsə təşəkkür edirik. Qonağımızı növbəti uğuru münasibətilə təbrik etmək istəyirəm”.

Rektor Kamal Abdulla dramaturqun yaradıcılığına aid olan əsərlərin əsasında digər teatr səhnələrində də tamaşalar nümayiş olunduğunu bildirib. Təhsil ocağının rəhbəri bir çox şəxslərin öz elmi fəaliyyətində Y.Polyakovun yaradıcılığından yararlandıqların deyib.

Yazıçı-dramaturqu Yuri Polyakov ADU-da olmaqdan və fikirlərini bölüşməkdən məmnun olduğunu söyləyib. O, Azərbaycan Milli Dram Teatrında səhnəyə qoyulan tamaşa haqqında təəssüratlarını bölüşüb. Yazıçı əsərin ərsəyə gəlməsindən, həmçinin digər ədəbi proseslərdən bəhs edib. O, eyni zamanda Rusiya ədəbiyyatçıları, onları narahat edən məsələlər, bu sahədə yaranan çətinliklər haqqında danışıb. Y.Polyakov Rusiya ədəbiyyatındakı, tərcümə ədəbiyyatında nəzərə çarpan məqamlar haqqında da fikirlərini bölüşüb.

Y.Polyakovun “Sinif yoldaşları” pyesini Azərbaycan dilinə tərcümə edən Etimad Başkeçid əsər haqqında fikirlərini bildirib və tərcümə prosesindən söz açıb.

Görüşdə yazıçı müəllifi olduğu kitabları Azərbaycan Dillər Universitetinə hədiyyə edib. Daha sonra qonaq dəyirmi masa iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Rusiyanın “Dostluq”, “Şərəf”, “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordenlərinə layiq görülmüş Yuri Polyakov “Literaturnaya qazeta”nın redaksiya şurasının sədri, Rusiya Yazıçılar İttifaqının üzvü, RF Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Rusiya Dramaturqlar Gildiyasının sədridir. Onun çoxsaylı romanları, povest və pyesləri oxucular arasında böyük uğur qazanıb, bu əsərlər əsasında filmlər və seriallar çəkilib, tamaşalar hazırlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatların pul təminatını artırmağa çağırdı 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45