Arxiv
24 Sentyabr 2018, 19:27 | AKTUAL
İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.   Modern.az xəbər verir ki, dövlət başçısı Monqolustan Prezidentini qarşılayıb.

Sonra birgə foto çəkdirildi.

Daha sonra dövlət başçılarının görüşü oldu.

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dedi: "Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız, döyüşçülərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir. Onlar bunu öz gözləri ilə görürlər. Biz yerə enərkən təyyarədən görünürdü ki, siz çoxlu ağac əkirsiniz, çox təmiz küçələriniz var, çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox gənclərin idmana yiyələnmələri üçündür və bu, böyüyən nəslin tərbiyəsinə müsbət təsir göstərir".

Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.

 

Seçkilərdə qələbə münasibətilə məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.

 

Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, belədir. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüdoda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq".

Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “Asan xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olundu.

 

Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

 

Sonda xatirə şəkli çəkdirildi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42 “Azərbaycanda bəzi kəndlərdə oğlanlar evlənməyə qız tapmır” 16 İyun 2019, 10:38