Arxiv
24 Sentyabr 2018, 18:00 | AKTUAL
AzerTelecom “Türkmentel 2018” sərgisində iştirak edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 10-12 oktyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində keçiriləcək “Türkmentel 2018” 11-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində təmsil olunacaq.

 

Modern.az xəbər verir ki, şirkətin sərgidə stendlə iştirak məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, onlar ilə fikir və təcrübə mübadiləsi, texnoloji yeniliklərlə tanış olmaq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsidir.

Sayca 11-ci olan “Türkmentel 2018” Telekom və İT Sənayesi sərgisində bir çox yerli və xarici şirkətlərin telekommunikasiya və şəbəkə, informasiya texnologiyaları infrastrukturu və data mərkəz, telemetriya və ölçü vasitələri, rəqəmsal biznes həlləri, simsiz kommunikasiya, peşəkar audio və video yazma avadanlıqları və s. sahələrdə məhsulları təqdim olunacaq.

Qeyd edək ki, AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.  AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54