Modern.az

Türk bayrağı təhqir olundu

Türk bayrağı təhqir olundu

7 Dekabr 2009, 15:10

AKP-nin “Kürd açılımı” Türkiyəni  xaosa sürükləməkdədir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın “demokratik açılım” adlandırdığı “açılım”a  millətçi kürd qruplaşmalarının nümayəndələri terror və kütləvi iğtişaşlarla cavab verdi. Modern.az-ın “Zaman”a istinadən yaydığı məlumata görə,  Demokratik Toplum Partiyasının üzvləri Hakkari vilayətinin Şəmdinli rayonunda vəhşi aksiya törədiblər. Aksiyada Türkiyə hökumətinin “demokratik açılım” çərçivəsində əfv etmək niyyətində olduğu və dağlardan enən PKK-çılar da iştirak edib. PKK və onun İmralı adasında saxlanan lideri Abdullah Öcalana dəstək nümayişinə çıxan kürdlər Türk Bayrağını belə təhqir etməkdən çəkinməyiblər.

Associated Press-in məlumatına görə, türk  polisi ilə toqquşmada bir tələbə öldürülüb.

PKK –çılar Öcalanın İmralıda yeni saxlanma kamerasına köçürülməsinə və yeni şəraitə etirazlarını bildiriblər. Onlar polisə yandırıcı qablar və daş-kəsək atılar. Eləcədə AKP-nin yerli şöbəsini daşa tutublar. 

İğtişaşlardan əvvəl 60 yaşlı Öcalan saxlanma şəraitindən və yerinin darısqal olmasından şikayətlənib. Onun hətta Ədliyyə Nazirliyinə yerinin darısqal olması ilə bağlı məktubla müraciət etdiyi də bildirilir. Məlumata görə, Öcalan məktubunda İmralıya köçürülən yeni məhkumların  biri tərəfindən öldürülə biləcəyi qorxusunu dilə gətirib. Mətbuatda açıqlanmış bu məlumat isə PKK-çıları hərəkətə gətirib.

 

Cümhuriyyət Xalq Partiyasının sivaslı millət vəkili Malik Özdəmir Öcalanın doğrudan da yeni yeri ilə bağlı narahatlığını Ədliyyə Nazirliyinə ünvanladığı məktubda ifadə etdiyini təsdiqləyib. Özdəmir qeyd edib ki, Öcalanın dərdi yer yox, can dərdidir.

 

“Öcalanın yer sıxıntısı yoxdur. Can dərdinə düşüb. Verilən məlumata görə, Öcalan ölüm qorxusu yaşayır. İmralıdakı digər məhkumlar tərəfindən öldürülmə qorxusu yaşayır. Sürəkli bəhanələr gəzir. İstədiyi adamaları İmralıya gətirə bilmədiyi üçün bu  məhkumları istəmir. Onun Ədliyyə Nazirliyindən insan haqlarının pozulması barədə hər hansı tələbi olmayıb. Tərəfdarlarını küçələrə iğtişaşlara cəlb etmənin yolu rahatsızlığını dilə gətirməkdir” deyən Özdəmirə görə  Öcalanın başlıca dərdi İmralıdakı PKK-çıları dəyişdirmək və öz tərəfdarlarını həbsxanaya gətirtməkdir.

 

Onun sözlərinə görə, əgər Öcalanın qaldığı yerdən və ya başqa bir şeydən problemi olsaydı, bu günə qədər  bütün dünyanı ayağa qaldırardı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir